Sentyabrın 1-də İsveçrədə, Bern şəhər Maarif İdarəsinin binasında Azərbaycan məktəbi açılıb.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Mətbuat Xidmətinin məlumatına görə, bu, İsveçrədə ilk Azərbaycan məktəbidir.
Məktəbin açılışında bu ölkənin müxtəlif yerlərindən şagirdlər və valideynlər iştirak ediblər. İlk dərs günündə onlara tədrisin qaydaları və prinsipləri izah edilib. Uşaqlar Azərbaycan dilindən test imtahanı verərək qruplara bölünüblər.
İsveçrədə 40 minədək azərbaycanlı yaşayır.