Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:50

«Mən həddindən artıq böyük və kökəm…»


Pavarotti sonuncu anına kimi də xərçəngə baş əyməyib
Pavarotti sonuncu anına kimi də xərçəngə baş əyməyib
Opera əfsanəsi hesab olunan musiqiçi Luçano Pavarotti sentyabrın 6-ı səhər Modenadakı evində vəfat etdi.

Hələ ötən il italiyalı tenorda mədəaltı vəzinin xərçəngi tapılmışdı. Meneceri Terri Robon deyirdi ki, Pavarotti sonuncu anına kimi də xərçəngə baş əyməyib. Çünki maestro yaşamağı həddindən artıq sevirdi.

Pavarotti 72 il əvvəl, 1935-ci il oktyabrın 12-də İtalyanın Modena şəhərində anadan olub. O, dünya şöhrətli Plasido Dominqo, Joze Karrerasla bir səhnəni paylaşıb.


Pavarotti hər zaman irəlidə, öndə olmağa can atırdı. Özü də etiraf edirdi ki, onun həyatda bir prinsipi var. O da öndə olmaqdır…O, öz həmkarları Plasido Dominqodan, Joze Karrerasdan heç vaxt geri qalmamağa çalışırdı.


Pavarotti deyirdi ki, əgər soruşsanız ki, həyatda mənim səhvim olubmu? Cavab verərəm ki, bəli: « Mənim etdiyim səhv musiqi səhvi deyil. Bu səhv hamının qarşısındadır. Mən həddindən artıq böyük və kökəm. Bu da mənim səhvimdir».


Pavarotti köklüyündən narazı olsa da, deyirdi ki, onu Allah xüsusi olaraq seçib. Allah onun səs tellərindən öpüb. Çünki o, insanları xoşbəxt etməyi bacarır.




İtalya musiqisini dünya səhnələrinə çıxaran, onu tanıdan Luçano Pavarotti dünyanın ən məşhur 40-dan çox opera səhnəsində oxuyub.




Pavarotti iki dəfə ailə qurub. Birinci xanımı Adua ilə 35 illik ailə həyatından sonra ayrılıb. Üç qızı var. Sonradan maestro öz katibəsi – 26 yaşlı Nikoletta Mantovani ilə evləndi. Ekiz uşaqları olsa da, onlardan yalnız biri sağ qalıb.


XS
SM
MD
LG