Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:55

«Əlverişli fürsət»


Xəzəryanı ölkələrin Xarici İşlər nazirlərinin sammiti, Tehran, 20 iyun 2007
Xəzəryanı ölkələrin Xarici İşlər nazirlərinin sammiti, Tehran, 20 iyun 2007

Xarici işlər nazirinin müavini Xələf Xələfov oktyabrın ikinci yarısında İranda keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının sammitini belə adlandırıb. O, sentyabrın 7-dəki mətbuat konfransında deyib ki, statusa dair ümumi yanaşma dəqiqləşib.


«Prinsiplərə münasibətdə tərəflərin mövqeyində yaxınlaşma var və bütün bunlar gələcəyə impuls verə bilər».


Xələf Xələfov Rusiya və Qazaxıstanla bir neçə il əvvəl əldə olunmuş sazişi xatırladıb. Bildirib ki, Tehran danışıqlarının orta xətt prinsipi əsasında aparılması razılaşdırılıb.


Beş Xəzəryanı ölkələrin xarici işlər nazirləri dənizin statusu ilə bağlı bəyannamə layihəsi hazırlayıblar. Sənədin prezidentlərin görüşündə imzalanacağı gözlənilir.


Nazir müavini bildirib ki, paralel olaraq ikitərəfli danışıqlar da davam edir. Belə ki, sentyabrın sonlarında Türkmənistan nümayəndə heyəti Bakıya gələcək. Xələf Xələfov Xəzərin statusu ilə bağlı danışıqlara «optimist və ümidlə» yanaşdığını bildirib.


Azərbaycan Xəzərdə dövlət sərhədlərinin orta xətt prinsipi ilə bölünməsini təklif edir. Türkmənistan və İran isə bununla razılaşmır.


XS
SM
MD
LG