Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:20

ABŞ səfirliyində 11 sentyabr hadisələri anılıb


Enn Ders terrorçuluqla mübarizənin vacibliyini vurğulayıb
Enn Ders terrorçuluqla mübarizənin vacibliyini vurğulayıb

«11 sentyabr - şərin qüdrətini, eləcə də Nyu-Yorkda və nəticə etibarilə bütün dünyada insan həyatı bahasına başa gələn dəhşətli terror aktlarını xatırladığımız kədər günüdür». ABŞ səfiri Enn Ders ABŞ-ın Azərbaycandakı səfirliyində 11 sentyabr hadisələrinin yadetmə mərasimindəki çıxışında belə deyib.


Enn Ders: «Azərbaycan bizə arxa olan ilk ölkələrdən biri olmuşdur və biz bu sədaqət və dəstəyinə görə Azərbaycana öz təşəkkürümüzü bildiririk».


2001-ci il sentyabrın 11-də oğurlanmış təyyarələrin Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzi və ABŞ Müdafiə Nazirliyinin binasına çırpılması nəticəsində üç mindən çox adam həlak olub. Bu gün ABŞ-da 11 sentyabr qurbanlarının xatirəsini yad etmək üçün matəm mərasimləri keçirilir.


XS
SM
MD
LG