Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:44

Bakı Dövlət Universitetinə bomba qoyulub?


BDU-dan bildiriblər ki, binaya partlayıcı qoyulması barədə məlumat yalan imiş.
BDU-dan bildiriblər ki, binaya partlayıcı qoyulması barədə məlumat yalan imiş.

Sentyabrın 22-si səhər saat 10 radələrində Bakı Dövlət Universitetinin birinci korpusuna partlayıcı qoyulması barədə məlumat yayılıb. Naməlum şəxs Yasamal rayon polisinə zəng edərək binaya bomba qoyduğunu bildirib.


Hadisə yerində olmuş «Azadlıq» radiosunun müxbiri xəbər verir ki, həmin saatdan başlayaraq universitetə giriş üçün yoxlama gücləndirilib. Birinci korpusa isə heç kim buraxılmayıb.


Polis hadisə yerinə gedib, axtarış tədbirləri həyata keçirilib.


BDU-dan bildiriblər ki, binaya partlayıcı qoyulması barədə məlumat yalan imiş.


Universitetdən «Turan» informasiya agentliyinə verilən məlumata görə, polis guya universitetə bomba qoyulması barədə informasiya vermiş qızı saxlayıb. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir. İstintaq aparılır.


XS
SM
MD
LG