Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:14

İran səfirliyi qarşısında piket dağıdılıb


10-dan çox piketçi saxlanaraq müxtəlif istiqamətlərə aparılıb
10-dan çox piketçi saxlanaraq müxtəlif istiqamətlərə aparılıb

Sentyabrın 24-də Dünya Azərbaycanlıları Konqresinin (DAK) İran İslam Respublikasının Bakıdakı səfirliyi qarşısında nəzərdə tutulan piketi dağıdılıb.


«Media forum» saytı xəbər verir ki, saat 12:00-da polislərin gözləmədiyi halda DAK-ın, eyni zamanda bu qurumun gənclər təşkilatının, Güney Azərbaycan Milli Oyanış Hərəkatı kimi tanınan təşkilatın və «Dalğa» Gənclər Hərəkatının bir qrup üzvü səfirliyin qarşısında plakatlar qaldırıb, İran əleyhinə şüarlar səsləndirməyə cəhd ediblər. Lakin polis dərhal onların əllərindəki plakatları, Azərbaycanın dövlət bayraqlarını alıb aksiyanın davam etməsinə imkan verməyib. 10-dan çox piketçi saxlanaraq müxtəlif istiqamətlərə aparılıb.


Bununla belə, saxlanılmayan piketçilər qətnaməni yayıblar.


Qətnamədə deyilir ki, hər il sentyabrın 22-də İranda təhsil günü kimi qeyd olunur: «Lakin çox təəssüflə qeyd etmək istəyirik ki, Azərbaycan türkləri hələ də öz ana dilində təhsil almaq hüququndan məhrumdurlar. İllərlə aparılan müzakirələr, çoxsaylı müraciətlər nəticəsiz qalır. Uzun illərdən şovinist siyasət yeridən bu ölkənin rəhbərliyi 35 milyona yaxın Güney Azərbaycan türkünün öz ana dilində yazıb-oxumaq hüquqlarını tanımaq istəmir».


Qətnamənin sonunda DAK, qurumun gənclər təşkilatı, GAMOH və «Dalğa» İran hakimiyyətindən azərbaycanlılara qarşı qeyri-insani davranışları dayandırmağı və insan haqlarına riayət etməyi tələb edir.


XS
SM
MD
LG