Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:51

Fövqəladə hallarda səhiyyənin vəziyyətinə dair konfrans keçirilib


Oktyabrın 16-da «Fövqəladə hallarda səhiyyə sahəsində koordinasiyanın gücləndirilməsi» mövzusunda Milli Konfrans keçirilib.


Toplantıda çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin fövqəladə hallar üzrə regional müşaviri Gerald Rokenşaub son illər Avropa regionunun səhiyyə və təhlükəsizliyi risk altında qoyan bir sıra beynəlxalq və milli səviyyələrdə fövqəladə hallarla rastlaşdığını deyib. Onun sözlərinə görə, ÜST Azərbaycanda belə halların qarşısının alınması üçün Səhiyyə Nazirliyi ilə fəaliyyət planının hazırlanması üzrə anlaşma memorandumu imzalayıb.


Səhiyyə Nazirinin müavini Sənan Kərimov bu məqsədlə informasiya bankının, əlaqələndirmə və texniki dəstək bazalarının yaradılmasının vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi, BMT-nin uyğun qurumları və Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyalarının bu sahədə dəstəyinə ehtiyac var.


XS
SM
MD
LG