Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:09

«Diplomatik missiyanın işi tezliklə bərpa olunacaq»


Makkormak təhlükənin təfərrüatları barədə sualları cavablandırmayıb
Makkormak təhlükənin təfərrüatları barədə sualları cavablandırmayıb

Azərbaycanda Amerika səfirliyinə təhlükə təhdidi ilə bağlı ABŞ dövlət departamentinin rəsmisi Şon Makkormak açıqlama verib. O, deyib ki, qəsd səfirliyin içərisində və ya onun yaxınlığında olan fərdlərə qarşı planlaşdırılıbmış. Sözçü bildirib ki, səfirlik Azərbaycan hökuməti ilə birlikdə çalışır və ehtimal ki, diplomatik missiyanın işi tezliklə bərpa olunacaq. Makkormak təhlükənin təfərrüatları barədə sualları cavablandırmayıb.


Britaniya xarici işlər nazirliyindən isə bildirilib ki, səfirlik «yerli təhlükə həyəcanı» ilə əlaqədar bağlanıb və ehtimal ki, missiyanın işi bu gün bərpa olunmayacaq. Təhlükənin təbiəti barədə suala britaniyalı sözçü cavab olaraq deyib ki, bu barədə Azərbaycan hökuməti ilə mövcud razılaşmaya əsasən heç nə deyə bilməz. Üstəlik belə hallarda nazirlik hadisələrə şərh vermir.


Bakıda «Landmark» kimi tanınan binada daha bir sıra xarici şirkətlərin işini dayandırdığı xəbər verilib. Xəbəri ANS yayıb.


Milli Təhlükəsizlik Nazirliyi dünən yaydığı bəyanatda bildirib ki, Bakıda bir sıra dövlət strukturlarına, habelə beynəlxalq anti-terror koalisiyasına üzv olan dövlətlərin səfirliklərinə və nümayəndəliklərinə qarşı planlaşdırılan terror və təxribat aktlarının qarşısı alınıb.


XS
SM
MD
LG