Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:19

«Biz normal fəaliyyət rejiminin bərpası prosesindəyik»


ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders, 30 oktyabr 2007
ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders, 30 oktyabr 2007

«Təəssüflər olsun ki, bu kimi insidentlər bütün dünyada baş verir». ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders oktyabrın 30-da Birləşmiş Ştatlar səfirliyinin son iki gündə fəaliyyətini məhdudlaşdırmasını şərh edərkən belə deyib: «Biz təhlükəsizliyə olan hədələrə tam ciddi yanaşırıq. Lakin onlar bizi öz işimizi davam etdirməkdən daşındıra bilməz».


Xanım Ders deyir ki, bu məsələnin çözülməsində Azərbaycan hökuməti mükəmməl əməkdaşlıq edib: «Biz normal fəaliyyət rejiminin bərpa edilməsi prosesindəyik».


Milli Təhlükəsizlik Nazirliyi oktyabrın 29-da yaydığı bəyanatda bildirib ki, Bakıda bir sıra dövlət strukturlarına, habelə beynəlxalq anti-terror koalisiyasına üzv olan dövlətlərin səfirliklərinə və nümayəndəliklərinə qarşı planlaşdırılan terror və təxribat aktlarının qarşısı alınıb.


Həmin gün və oktyabrın 30-da ABŞ və Böyük Britaniyanın Bakıdakı səfirlikləri öz fəaliyyətlərini məhdudlaşdırıblar.


XS
SM
MD
LG