Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 20:55

Baş redaktora qarşı irəli sürülən ittihamlar onun yazılarıyla bağlıdır


Beynəlxalq hüquq müdafiə təşkilatları Eynulla Fətullayevin azadlığa buraxılmasını tələb edir
Beynəlxalq hüquq müdafiə təşkilatları Eynulla Fətullayevin azadlığa buraxılmasını tələb edir

Beynəlxalq Mətbuat İnstitutu Eynulla Fətullayevin həbsini pisləyib. İnstitutun direktoru İohann Fritz deyib ki, jurnalistə əlavə iş kəsilməsi Azərbaycanda mətbuat azadlığının pisləşdiyini göstərir. İnstitut hesab edir ki, baş redaktora qarşı irəli sürülən ittihamlar onun yazılarıyla bağlıdır.


Beynəlxalq Mətbuat İnstitutu dünyanın 120-dən çox ölkəsindən olan redaktorları, mətbuat orqanları başçılarını birləşdirir.


Əksər beynəlxalq hüquq müdafiə təşkilatları da Eynulla Fətullayevə qarşı irəli sürülən ittihamın siyasi xarakter daşıması barədə bəyanatlar veriblər. «Human Rights Watch», Jurnalistləri Müdafiə Komitəsi, Sərhədsiz Reportyorlar Birliyi jurnalistin tezliklə azadlığa buraxılmasını tələb edirlər.


Bakıda noyabrın 24-də Eynulla Fətullayevin azadlığa buraxılması tələbi ilə etiraz aksiyası keçiriləcəyi gözlənilir. Bu barədə Jurnalistin Hüquqlarının Müdafiə Komitəsi qərar verib.


Oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.



XS
SM
MD
LG