Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:03

Metyu Brayza Gürcüstana göndərilir


Səfər zamanı Metyu Brayzanın prezident Mixail Saakaşvili ilə görüşəcəyi gözlənilir
Səfər zamanı Metyu Brayzanın prezident Mixail Saakaşvili ilə görüşəcəyi gözlənilir

«Biz Gürcüstan hökumətini fövqəladə vəziyyəti təcili ləğv etməyə və medianın fəaliyyətinin bərpasına çağırırıq. Bu, prezident Saakaşvilinin elan etdiyi seçkinin azad və ədalətli olmasını təmin etmək üçün vacibdir».


Gürcüstana səfərə hazırlaşan ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayza «Azadlıq» radiosuna belə deyib. O, bildirib ki, «bu dövlət katibi Kondoliza Raysın mesajıdır».


Diplomatın fikrincə, yanvarın 5-nə təyin olunmuş prezident seçkisinə bir neçə həftə qalmış fövqəladə vəziyyətin dayandırılması vacibdir.


Metyu Brayza eyni zamanda 7 noyabr hadisələrindən təəssüfləndiyini bildirib. Bunun Amerika üçün «şok» olduğunu söyləyib:


«Biz həddən artıq gücdən və ümumiyyətlə, gücdən istifadə olunmasından təəssüflənirik. Biz həmçinin, inanmaq istəyirik ki, hər iki tərəf - həm müxalifət, həm də iqtidar konstruktiv irəliləyiş barədə düşünür. Prezidenti terrorçuluqda və ya cinayətkarlıqda ittiham etmək, ya da onu qeyri-konstitusion üsullarla devirməyə çağırmaq isə konstruktiv deyil. Eyni zamanda, fərqli baxışları olan insanlarla danışıqlardan imtina etmək də konstruktiv deyil. 7 noyabr hadisələri qeyd etdiyim səbəblər üzündən bizim üçün şok idi, amma vəziyyəti bütövlükdə ədalətli və azad seçkilər vasitəsilə əvvəlki məcrasına qaytarmaq üçün çoxlu imkanlar var».


Tbilisiyə səfəri zamanı Metyu Brayzanın prezident Mixail Saakaşvili, o cümlədən, müxalifət nümayəndələri ilə görüşəcəyi gözlənilir.


Saakaşvili noyabrın 7-də Gürcüstanda 15 günlük fövqəladə vəziyyət elan edib, ondan qabaq isə Tbilisidə müxalifət və polis arasında toqquşma olmuşdu.


XS
SM
MD
LG