Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 02:57

Xəzər regionunu Avropa ilə birləşdirən kəmər


Kəmərin 300 kilometrlik qolu Türkiyə və Yunanıstanı birləşdirəcək
Kəmərin 300 kilometrlik qolu Türkiyə və Yunanıstanı birləşdirəcək

Noyabrın 18-də Türkiyə və Yunanıstan sərhədlərində yeni qaz kəmərinin açılışının mərasimi keçirilib. Bu kəmər Xəzər regionunu Avropa Birliyi ölkələri ilə əlaqələndirəcək.


Kəmərin 300 kilometrlik qolu Türkiyə və Yunanıstanı birləşdirəcək və Azərbaycan qazını Rusiya və Yaxın Şərqdən keçmədən Avropaya ötürən kəmərin bir hissəsinə çevriləcək.


Layihənin dəyəri 300 milyon dollardır. Kəmər vasitəsi ilə Şahdəniz yatağından çıxarılacaq qazı Avropa bazarlarına daşımaq mümkün olacaq.


İpsula sərhəd məntəqəsində baş tutmuş açılışda Türkiyə və Yunanıstanın baş nazirləri Rəcəb Tayyip Ərdoğan və Kostas Karamanlsi, həmçinin Azərbaycan prezidenti İlham Əliyev iştirak ediblər.



XS
SM
MD
LG