İranın prezidenti deyib ki, Amerika dolları dəyərsiz kağız parçasıdır. Mahmud Əhmədinejat OPEK toplantısında çıxışında bildirib ki, dollar sürətlə dəyərdən düşür. O, OPEK üzvlərini dəvət edib ki, daha neft alqı-satqısında dollardan istifadə etməsinlər.
Əhmədinejat təklif edib ki, dolların ucuzlaşması məsələsini sammitin yekun sənədinə daxil etsinlər, amma Amerikanın OPEK-də müttəfiqləri buna razı olmayıblar.