Bu barədə jurnalist özü noyabrın 29-da evinə zəng edərək məlumat verib.
«Səhhətinin yaxşı olmadığı onun səsindən də hiss edilirdi»-bunu «Azadlıq» radiosuna jurnalistin həyat yoldaşı Rəna Zahidova deyib.
Mirzə Sakit Azərbaycan mətbuatına təzyiqlərə son qoyulması tələbi ilə 10 gündür aclıq aksiyası keçirir.
«Azadlıq» qəzetinin əməkdaşı, satirik şair Mirzə Sakit narkotik maddənin saxlanması ittihamı ilə 3 il azadlıqdan məhrum edilib. O, özü isə həbsinin jurnalistlik fəaliyyəti ilə bağlı olduğunu bildirir.
Beynəlxalq hüquq müdafiə təşkilatları jurnalistin həbsini pisləyir və onun azadlığa buraxılmasını tələb edirlər.