Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:31

«Azərbaycanda rüşvət və korrupsiya ilə dolu həyat var»


«Azərbaycanın Korrupsiyaya Qarşı Mübarizə Strategiyasına Dəstək» layihəsinin təqdimatı
«Azərbaycanın Korrupsiyaya Qarşı Mübarizə Strategiyasına Dəstək» layihəsinin təqdimatı

Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə birinci mərhələ ötən il başa çatıb. Bu il isə prezident 2007-2011-ci illəri əhatə edən milli strategiya və fəaliyyət planı təstiqləyib.


Dekabrın 10-dan isə Avropa Şurası Azərbaycanda korrupsiyaya qarşı mübarizə imkanlarını gücləndirmək məqsədilə dəyəri 800 min dollarlıq yeni layihəyə başlayır. Bu layihə iki il davam edəcək. Avropa Şurası ümidlidir ki, iki il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində xeyli işlər görüləcək.


Avropa Şurası istəyir ki, onun nəzdindəki korrupsiyaya qarşı dövlətlər qrupunun - GRECO-nun Azərbaycana təklif etdiyi tövsiyələr yerinə yetsin, korrupsiyanın qarşısının alınmasına yönələn qanun və normativ aktlar təkmilləşsin, çirkli pulların yuyulması və terrorizmə maliyyə dəstəyinin qarşısının alınmasıyla bağlı müvafiq mexanizmlər və sistem yaradılsın və s.


Bəs qanunların qəbulu və təkmilləşdirilməsi korrupsiyanın, rüşvətin qarşısının alınması üçün yetərlidirmi? Bakıda söhbətləşdiyim adamlar deyirlər ki, qanunların qəbuluna, lahyihələrin keçrilməsinə baxmayaraq rüşvətə, korrupsiyaya qarşı ciddi mübarizənin şahidi deyillər.


Prezidentin İcra Aparatının, həm də Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın rəhbəri Ramiz Mehdiyev isə deyir ki, Azərbaycan hökuməti indiyə qədər xeyli işlər görüb və ölkədə korrupsiya getdikcə azalmaqdadır.


Qaldı kı, GRECO-nun Azərbaycana verdiyi 27 tövsiyənin necə yerinə yetrilməsinə, Azərbaycan rəsmiləri hesab edirlər ki, əksər tövsiyələr yerinə yetrilib. GRECO son dəyərləndirməsində Azərbaycanda korrupsiyanın geniş yayıldığını və qanunların işləmədiyini bildirmişdi. Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin əməkdaşı, Azərbaycanın GREKO-da nümayəndə heyətinin rəhbəri İnam Kərimov «Turan»a müsahibəsində bildirmişdi ki, son dəyərləndirmə 2005-ci ilin dekabırında keçirilib. Bundan sonra Azərbaycan hökuməti xeyli addımlar atıb, yeni qanunlar qəbul edilib, qurumlar yaradılıb və s.


Hüquqşünas Sahib Məmmədov isə deyir ki, bütün bu görülən işlər vacibdi, amma korrupsiyanın qarşısının alınması üçün hər şey deyil. Məmmədova görə, ölkədə rüşvətin, korrupsiyanın qarşısının alınması güclü siyasi iradə və konkret fəaliyyətdən asılı olan məsələdi.


Korrupsiyaya Qarşı Mübarizə Fondunun hüquqşünası Nəzirməmməd Qaramanlı isə hesab edir ki, kənardan baxanda Azərbaycan hökuməti korrupsiyaya qarşı mübarizədə səmimi görünmür: «Bizə hansısa beynəlxalq təşkilatların hesabatı lazım deyil. Hara gedirsən, get, Azərbaycanda rüşvət və korrupsiya ilə dolu həyat var».


XS
SM
MD
LG