Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:14

Aclıq aksiyasına yeni jurnalistlər qoşulub


Üzeyir Cəfərov deyir ki, o aksiyanı bir neçə gün davam etdirmək niyyətindədir
Üzeyir Cəfərov deyir ki, o aksiyanı bir neçə gün davam etdirmək niyyətindədir

Qənimət Zahidlə həmrəylik məqsədi ilə aclıq aksiyasına başlayan jurnalistlərin aksiyası isə davam edir. Dekabrın 14-də iki nəfərin səhhətində problem yaradığına görə onlar aksiyanı dayandırıblar. Amma yeni qoşulanlar da var.


Artıq aksiyanı davam etdirənlərin sayı 10-u keçib. «Gündəlik Azərbaycan» qəzetinin redaktoru Üzeyir Cəfərov və «Yeni Müsavat» qəzetinin əməkdaşı Zabil Müqabiloğlu isə bu gün aclıq aksiyasına qoşulmağa qərar veriblər. Üzeyir Cəfərov deyir ki, o aksiyanı bir neçə gün davam etdirmək niyyətindədir.


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidlə bağlı iş isə məhkəməyə göndərilib. Qənimət Zahidin vəkili Elçin Sadıqovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, işə Yasamal Rayon Məhkəməsinin hakimi Südabə Məmmədova baxacaq. Vəkilin sözlərinə görə, prosesin nə vaxt başlanacağı hələ məlum deyil.


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid isə həbsxanada dekabrın 8-dən başladığı aclıq aksiyasını davam etdirir.


Baş redaktor xuliqanlıq və bədənə orta ağır xəsarət yetirmədə təqsirli bilinir.



XS
SM
MD
LG