Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:47

Qənimət Zahidin məhkəməsi dekabrın 26-da başlayır


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid noyabrın 11-də iki aylığa həbs olunub
«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid noyabrın 11-də iki aylığa həbs olunub

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin işi ilə bağlı məhkəmə prosesi dekabrın 26-da başlayır. Həmin gün Yasamal Rayon Məhkəməsinin hakimi Südabə Məmmədovanın sədrliyi ilə hazırlıq iclası keçiriləcək.


Məlumatı «Azadlıq» qəzetinin direktoru Azər Əhmədov verib.


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid noyabrın 11-də iki aylığa həbs olunub. Ona qarşı xuliqanlıq və az ağır xəsarət yetirmə ittihamları irəli sürülüb.


Beynəlxalq hüquq müdafiə təşkilatları jurnalistin dərhal azad olunmasını tələb edirlər.


Qənimət Zahid azad mətbuata qarşı təzyiqlərə etiraz edərək həbsxanada dekabrın 8-dən aclıq aksiyasına başlayıb. Bir media işçiləri də həmkarları ilə həmrəylik göstərərək aclıq edirlər.


XS
SM
MD
LG