Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:14

«Sizin «mətbuatın düşməni» ilə dostluğunuz aydın deyil»


Terri Devisə məktubda Azərbaycanda jurnalistlərin ağır iş şəraitindən danışılır
Terri Devisə məktubda Azərbaycanda jurnalistlərin ağır iş şəraitindən danışılır

Azərbaycan KİV-nin bir qrup nümayəndəsi Avropa Şurasının (AŞ) baş katibi Terri Devisə məktub ünvanlayıb. Məktubda Azərbaycanda jurnalistlərin ağır iş şəraiti olduğundan danışılır. Məktub müəllifləri hesab edir ki, AŞ-ın baş katibi ilə «loyal» münasibətlər bu vəziyyətə şərait yaradır.


AŞ-nin üzvü olan Azərbaycan müstəqil jurnalistlərə və bütünlükdə KİV-ə daim təzyiq göstərilməsi ilə məşhurdur. Azərbaycan hakimiyyəti onun siyasətini tənqid edən və müxtəlif mövqelərdən çıxış edən jurnalistləri susdurmaq üçün ən sərt vasitələrə əl atır. «Bu siyasət İlham Əliyevin hakimiyyəti dövründə xüsusilə ardıcıl xarakter almağa başlayıb: bir jurnalist qətlə yetirilib, onlarla KİV nümayəndəsi döyülüb və şikəst olub. Hazırda Azərbaycan ATƏT məkanında ən çox jurnalistin həbs olunduğu ölkədir».


Məktubda xatırlatdırılır ki, 42 jurnalist Azərbaycanı tərk edib, 20-dən çox jurnalist isə sığınacaq verilməsi xahişi ilə xarici səfirliklərə müraciət edib.


Son vaxtlar jurnalistlərin həbsi üçün narkotik saxlanması, terrora çağırış, xuliqanlıq kimi ittihamlardan istifadə olunur.


Müraciət müəllifləri hesab edir ki, mətbuata qarşı belə sərt siyasətin tətbiqi prezident İlham Əliyevin razılığı olmadan mümkün olmazdı.


Müraciətdə həmçinin Terri Devisin azad mətbuatı məhv edən İlham Əliyevin dostu olmasından təəssüf hissi bildirilib.


Terri Devisin «Sərhədsiz Reportyorlar» tərəfindən «mətbuatın düşməni» elan olunmuş bir insanla dostluğu ən azından, aydın deyil, deyə müraciətdə qeyd edilib.


Sənəd müəllifləri İlham Əliyevlə dostluğun demokratik dəyərlərin bərpasına yönəlməyib, «Azərbaycan rəhbərliyinin antidemokratik addımlarının ört-basdır edilməsinə» şərait yaratdığından təəssüf edirlər.


«Azadlıq» qəzetinin redaktoru Qənimət Zahidin həbsinin tam mahiyyətini öyrənmədən baş redaktorun guya peşə fəaliyyətinə görə həbs olunmadığına dair hakimiyyətin uydurmasını təsdiqləyirsiniz», - deyə bəyanatda qeyd edilib.


Məktuba Qənimət Zahidin həbsinin əsassız olduğu haqda arayış əlavə edilib.


«Bütün baş verənlər sizdən sərtlik və güclü etiraz tələb edir», - deyə bəyanatda qeyd edilib. Bəyanatı «Azadlıq» qəzetinin direktoru Azər Əhmədov, «Yeni Müsavat» qəzetinin redaktoru Rauf Arifoğlu, «Gündəlik Azərbaycan» qəzetinin redaktoru Şahvələd Çobanoğlu və publisist Çingiz Sultansoy imzalayıblar.(Turan)


XS
SM
MD
LG