Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:40

«Təhsil haqqında» qanun layihəsi nəhayət ki, müzakirəyə hazırdır


Yeni qanun layihəsi dekabrın 28-də parlamentin iclasında müzakirəyə çıxarılacaq
Yeni qanun layihəsi dekabrın 28-də parlamentin iclasında müzakirəyə çıxarılacaq

«Təhsil haqqında» qanun layihəsi artıq müzakirəyə hazırdır»- Milli Məclisin sədri Oqtay Əsədov belə deyib.


Yeni qanun layihəsi parlamentin payız sessiyasının dekabrın 28-də keçiriləcək iclasında müzakirə ediləcək.


Spiker deyir ki, layihə dekabrın 19-dan deputatlara paylanılacaq.


Azərbaycanda hazırda qüvvədə olan «Təhsil haqqında» qanun 1992-ci ildə qəbul olunub. 1995-ci ildə yeni təhsil qanununun hazırlanmasına başlanılıb. Amma 12 il müddətində onu qəbul etmək mümkün olmayıb.


Bu vaxt ərzində layihə bir dəfə ictimaiyyətin geniş müzakirəsinə çıxarılıb. Qanunda ali təhsilin mərhələləri, həmçinin aspiranturanın saxlanması və s. məsələlərə münasibət birmənalı deyil.


XS
SM
MD
LG