Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:20

«Mən yalnız bəyanatlar vermirəm»


«Səfir bildirdi ki, mənim fikirlərim Azərbaycan prezidenti üçün mühümdür»
«Səfir bildirdi ki, mənim fikirlərim Azərbaycan prezidenti üçün mühümdür»

«Mən yalnız bəyanatlar vermirəm, ismarıc da göndərirəm». Bunu Avropa Şurasının baş katibi Terri Devis «Azadlıq» radiosuna eksklüziv müsahibəsində deyib. O, bildirib ki, Azərbaycanın Strasburqdakı səfirini yanına çağırıb və mətbuatın vəziyyətindən, jurnalistlərin həbsindən narahatlığını bildirib: «Kiminsə prezidentə yazdığı şəxsi məktuba görə tutulması xüsusilə təəccüblüdür. Azərbaycanın səfiriylə şəxsən görüşdüm və səfir bildirdi ki, mənim fikirlərim Azərbaycan prezidenti üçün mühümdür və nəzərə alınacaq».
«Siz fikirlərinizin Azərbaycan prezidenti üçün mühüm olduğunu hiss edirsinizmi» sualına cavabında Avropa Şurasının baş katibi deyib: «Bəli, amma mən bunu müzakirə etmək istəmirəm. Mən səfirə onu dedim ki, prezident həmişə etdiyindən artıq iş görə bilər. Sonuncu dəfə jurnalistin prezidentə yazdığı məktubun məzmununa görə tutulmasından danışdım. Dedim ki, bu, nə isə qeyri-adi bir haldır».


«Azadlıq» radiosunun müxbiri İlqar Nəsibov dekabrın 6-da Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə 3 aylığa həbs olun muşdu. Naxçıvan Şəhər Polis İdarəsinin rəisi Səbuhi Novruzov iddia edirdi ki, jurnalist prezidentin elektron ünvanına göndərdiyi şikayətdə ona böhtan atıb. Nəsibov dekabrın 10-da azadlığa buraxılsa da, bir il müddətinə şərti cəza alıb.


XS
SM
MD
LG