Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 02:48

Eynulla Fətullayevin apellyasiya şikayətinə dekabrın 28-də baxılacaq


Eynulla Fətullayev bugünkü prosesdə iştirak etməyib
Eynulla Fətullayev bugünkü prosesdə iştirak etməyib

Eynulla Fətullayevin apellyasiya şikayətinə dair məhkəmə dekabrın 28-nə təyin olundu. Bu barədə Bakı Apellyasiya Məhkəməsində Abid Abdinbəyovun sədrliyi ilə dekabrın 19-da keçirilən prosesdə qərar verilib.


Eynulla Fətullayevin şikayəti üzrə hazırlıq iclasında çıxış edən vəkil İsaxan Aşurov müdafiə etdiyi şəxsə bəraət istəyib. Vəkil jurnalistin məhz peşə fəaliyyətinə görə həbs edildiyini vurğulayıb.


Hakim Eynulla Fətullayevin məhkəməyə gətirilməsi məsələsinin müzakirə olunacağını deyib.


Proses dekabrın 28-nə təyin olundu.


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə oktyabrın 30-da «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevi 8 il 6 ay müddətinə azadlıqdan məhrum edib. O, terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinib.


XS
SM
MD
LG