Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:14

Polisin əməkhaqqı artırıldı


Ramil Usubov qeyd edib ki, polisin əməkhaqqı ildən ilə artacaq
Ramil Usubov qeyd edib ki, polisin əməkhaqqı ildən ilə artacaq
Prezident İlham Əliyevin sərəncamı ilə Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı orta hesabla 100 manat, mülki işçilərin əmək haqları isə 30 manat artırılır.

Prezidentin başqa bir sərəncamı ilə Müdafiə Nazirliyi hərbçilərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı da orta hesabla 100 manat, Nazirliyin mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları isə 30 manat artırılır.



Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbçi və mülki heyətinin əməkhaqları da müvafiq olaraq 100 və 30 manat artırılır.



Sərəncamlar 2008-ci il yanvarın 1-dən qüvvəyə minir.


XS
SM
MD
LG