Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:42

«Baza prinsiplərinin sayı təxminən 15-ə yaxındır»


Minsk qrupu həmsədrləri regiona səfərlərini irəliləyiş adlandırırlar
Minsk qrupu həmsədrləri regiona səfərlərini irəliləyiş adlandırırlar

«Müharibə həll deyil, yeni münaqişə deməkdir. Əgər yeni müharibə olsa, problem həll edilməz, əlavə itki, əlavə qaçqınlar yaranacaq. Müharibə özünəqəsddir». Bunu ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərlərinin yekunu ilə bağlı Bakı keçirdikləri mətbuat konfransında fransalı vasitəçi Bernar Fasye bəyan edib.


Vasitəçilər bildiriblər ki, onların səfərində məqsəd münaqişə tərəflərindən ay yarım əvvəl Madriddə nazirlərə təqdim etdikləri baza prinsiplərinə münasibətini öyrənmək olub. Amma əvəzində özləri təkliflərin mahiyyəti barədə izahatlar verməli olublar.


Rusiyalı həmsədr Yuri Merzlyakov deyib ki, baza prinsiplərinin sayı təxminən 15-ə yaxındır. O, bildirib ki, Dağlıq Qarabağın statusu da danışıqların elementlərindən biridir və hazırda müzakirə olunur. Həmsədrin fikrincə, ərazi bütövlüyü ilə millətin öz müqəddəratını təyinetmə prinsipləri arasında ortaq variant təklif etmək üçün konkret presedent yoxdur, «belə presedent Dağlıq Qarabağın özü ola bilər».


Fransalı həmsədr Bernar Fasye isə deyib ki, münaqişə tərəflərinə təqdim olunan təkliflər üzərində işləmələri üçün vaxt veriləcək: «Biz fikirləşmirik ki, tərəflərdən biri bizim təkliflərimizi qəbul edib, digəri isə əksinə, ondan imtina edib. Tərəflərin hər biri həqiqətən də kompromisə getmək üçün çalışırlar».


Bununla belə, həmsədrlər regiona səfərlərini irəliləyiş adlandırıblar.


XS
SM
MD
LG