2007-ci ildə Azərbaycanda 441 yeni HIV-ə yoluxma faktı qeydə alınıb. Onlardan 437-i ölkə vətəndaşı, 4 nəfəri xarici vətəndaşdır. Yoluxanların 87,4% kişi, 12,6% qadındır.
Əvvəlki illərdə HIV-ə yoluxmuş şəxslərin qeydiyyata alınmasında yol verilmiş pozuntuların aradan qaldırılması işi də davam etdirilib. Belə ki, 2007-ci il ərzində aparılmış araşdırmalar nəticəsində 132 nəfər AIDS-lə Mübarizə Mərkəzinin daimi qeydiyyatından çıxarılıb.
Respublika AIDS-lə Mübarizə Mərkəzinin 2007-ci ilin yekunlarına dair yayılmış rəsmi məlumatında belə deyilir.
BMT-nin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə təkcə 2007-ci il ərzində dünyada 2,5 milyon insan HIV-ə yoluxmuşdur və hal-hazırda dünyada bu virusla yaşayan insanların sayı 33,2 milyondur.