Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:14

Azərbaycan dilinə İranda rəsmi status verilsin


Dil tələbi ilə İran Azərbaycanında dəfələrlə aksiyalar keçirilib
Dil tələbi ilə İran Azərbaycanında dəfələrlə aksiyalar keçirilib

İranın müxtəlif şəhərlərində yaşayan tanınmış azərbaycanlı alim, yazıçı, incəsənət xadimi, jurnalist və iş adamları yanvarın 24-də İran parlamenti Şuray-e İslamiyə göndərdikləri açıq məktubda Azərbaycan dilinin ölkə miqyasında rəsmi dil elan edilməsini tələb ediblər.


23 şəhərdən 287 nəfərin imza atdığı bu müraciətdə deyilir ki, «sabah çox gec ola bilər». Ziyalılar xəbərdarlıq edirlər ki, əks təqdirdə milli zəmində ixtilaflar dərinləşər və ölkə parçalana bilər.


Azərbaycanlı nümayəndələrinin İran parlamentinə ünvanladıqları müraciətdə deyilir:


«Bildiyiniz kimi ictimaiyyətimiz milli haqlara riayət edilməməsindən əzab çəkir. Əhali öz təbii hüququna çatmağa israr edir, bu istiqamətdə hər bir müsbət addımı atan şəxs xalqın rəğbətini qazanacaq.


...bu günə qədər azərbaycanlılar yüzlərlə məktub və müraciətlə ana dilinin təhsil ocaqları açılmasını, media və dövlət idarələrində bu dilin rəsmiləşməsini tələb ediblər. 1385-ci ilin Xurdad ayından bəri (2006-cı ilin may ayı) isə bu tələbat universitet və küçələrdə toplanan milyonlarla azərbaycanlının dilində daha yüksək səslə səslənib. İnsan haqlarının təməl prinsiplərinə əsaslanan bu tələb nəinki beynəlxalq və ölkə qanunlarına zidd deyil, hələ bu qanunların bütövlüklə yerinə yetirilməsi deməkdir.


...başqaları xalqımızın hüququnu müdafiə etməzdən əvvəl özümüz onları həyata keçirib, qorumalıyıq».


XS
SM
MD
LG