Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:46

Mirzə Sakit müalicə müəssisəsinə köçürülə bilər


«Mirzə Sakitin ayaqlarında quruma gedir»
«Mirzə Sakitin ayaqlarında quruma gedir»

14 saylı cəsaçəkmə müəssisəsində saxlanan «Azadlıq» qəzetinin satirik yazarı Mirzə Sakit aclıq aksiyasını davam etdirir. Xəbəri «Azadlıq» radiosuna İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov verib.


Onun sözlərinə görə, Mirzə Sakitin müalicə müəssisəsinə köçürülməsi üçün Ədliyyə Nazirliyinin Tibb İdarəsinə müraciət edib: «Mənə verilən informasiyaya görə, yanvarın 28-də Mirzə Sakitin müalicə müəssisəsinə köçürülüb-köçürülməyəcəyi ilə bağlı qərar veriləcək».


«Azadlıq» qəzetinin verdiyi xəbərə görə, Mirzə Sakitin ayaqlarında quruma gedir. O, müalicə almasına şərait yaradılması üçün cəzaçəkmə müəssisəsinin rəhbərliyinə müraciət etsə də, tələbi yerinə yetirilməyib. Bu səbəbdən jurnalist yanvarın 26-dan aclıq aksiyasına başlayıb.


***


Ən son məlumata görə, Mirzə Sakit aclıq aksiyasını hələ də davam etdirir. Yanvarın 29-da Ədliyyə Nazirliyinin Tibb İdarəsinin həkimləri onu cəzaçəkmə müəssisəsində müayinə edəcəklər.


***


Mirzə Sakit narkotik maddə saxlama ittihamı ilə 3 il azadlıqdan məhrum edilib.


XS
SM
MD
LG