Azərbaycanlı hərbi əsir Samir Məmmədov üçüncü ölkəyə göndərilib. Bu haqda «Turan» İnformasiya Agentliyi «Armİnfo»ya istinadən xəbər yayıb.
Samir Məmmədov 2006-cı il dekabrın 24-dən erməni əsirliyinə düşüb. Ermənistan tərəfinin iddialarına görə, Məmmədov Azərbaycana qayıtmaqdan imtina edib.