Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:05

ÖTƏN İL 12 MİLYON İNSAN XƏRÇƏNGƏ TUTULUB


ABŞ-da fəaliyyət göstərən Xərçəng Cəmiyyətinin hesablamalarına görə, 2007-ci ildə dünyada 12 milyon insan onkoloji xəstəliklərə tutulub, onlardan 7.6 milyonu vəfat edib.


İl ərzində inkişaf etmiş ölkələrdə 5.4 milyon yeni xəstələnmə halı və 2.9 milyon ölüm qeydə alınıb. «Kasıb» ölkələrdə isə xəstələnənlərin sayı 6.7 milyon və ölənlərin sayı 4.7 milyon nəfər olub. «Varlı» ölkələrdə insanlar əsasən prostat vəzi və ağciyər xərçəngi ilə xəstələnirlər. «Kasıb» ölkələrdə isə daha çox ağciyər, mədə, qaraciyər (kişilərdə) döş, uşaqlıq və mədə (qadınlarda) xərçəngindən əziyyət çəkirlər.


Bundan başqa, bu xəstəliklə «varlı» ölkələrdə insanlar «kasıb» ölkələrə nisbətən daha uzun müddətə yaşaya bilirlər.




XS
SM
MD
LG