Fevralın 11-də Sənaye və Energetika naziri Natiq Əliyev jurnalistlərə belə açıqlama verib:
«Qazın verilməsi ilə bağlı Gürcüstanla danışıqlar gedir. Məqsəd ikitərəfli kompromis tapmaqdır. Söhbət satılacaq hər min kub metr qaz üçün 180-190 manat ödənilməsindən gedir».
Gürcüstanın qaza illik tələbatı 1,5 milyard kub metrdir. Nazir bildirir ki, bu o demək deyil ki, Azərbaycan bunun hamısını verməlidir. «Danışıqlar əvvəldən 500 milyon kub metrdən gedib».