Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:02

«Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlili döyüblər


«Azadlıq»ın müxbiri deyir ki, onu döydükdən sonra vəsiqəsini əlindən alıblar
«Azadlıq»ın müxbiri deyir ki, onu döydükdən sonra vəsiqəsini əlindən alıblar

O, fevralın 22-si saat 17 radələrində 6-cı mikrorayonun ərazisində «Zeytun bağı» adlanan yerdə bir qrup şəxsin hücumuna məruz qalıb.


«Orada ağacları kəsirdilər. Mən də şəkil çəkirdim. Bildilər ki, mən jurnalistəm yaxınlaşıb dedilər ki, sən kimsən ki, şəkil çəkirsən. Məni döyüb sürüməyə başladırlar. Fotoaparatın şnuru ilə boğurdular. Barmağımı sındırıblar. Boğazımda, alnımda çapıqlar var. Bütün bədənimi təpikləyiblər».


Jurnalist onu döyənlərin iki nəfər olduğunu bildirir. Aqil Xəlil deyir ki, onu döydükdən sonra vəsiqəsini əlindən alıblar.


Jurnalist hadisə ilə bağlı Mətbuat Şurasına müraciət edib. Şuranın rəsmiləri ilə birlikdə hadisə yerinə gedib onun yerləşdiyi rayonun polis idarəsinə şikayət verəcəklər.


Daxili İşlər Nazirliyinin rəsmisi Ehsan Zahidov hadisədən xəbərsiz olduğunu bildirib.


Müxalifət mövqeli «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid və əməkdaşlarından biri Sakit Zahidov da narkotik maddələr saxlama və xuliqanlı ittihamları ilə həbsdə saxlanır.


XS
SM
MD
LG