Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:14

«Hilton» hotelinin sevdası İçərişəhəri məhv edir»


İçərişəhərdəki bir çox yaşayış evləri yeni tikintilərə görə dağılıb
İçərişəhərdəki bir çox yaşayış evləri yeni tikintilərə görə dağılıb

«Azadlıq» qəzeti yazır ki, İçərişəhər ərazisində aparılan tikinti işləri nəticəsində min ilə yaxın tarixi olan abidələr dağılır.


Qəzetə verilən məlumata görə «bu günlərdə Neftçilər prospektində, İçərişəhərin ərazisində aparılan qazıntılar zamanı tarixi abidələr aşkarlanıb. Abidələr yeraltı yollardan və qədim tikililərdən ibarət olub. Eyni zamanda saxsı və metal qablar tapılıb. Fəhlələr dərhal işi dayandıraraq qazıntılar zamanı tarixi abidələrin aşkarlandığı barədə rəhbərliyə məlumat veriblər. Amma tapılmış arxeoloji abidələrin üstü basdırılıb».


Həmin ərazidə inşa olunan «Hilton» oteli Milli Konservatoriyanın köhnə binası yerində tikilir. Onun ardınca İçərişəhərdəki bir çox yaşayış evləri də dağılıb.


«Vəzifəli şəxslərin məsuliyyətsizliyinə görə vətəndaşları evlərindən çıxarmaq olmaz»- deputat Aynur Quliyeva «Üç nöqtə»yə belə deyib.


«Uzun müddət yerli icra orqanlarının səhlənkarlığı səbəbindən şəhərətrafı qəsəbələrdə vətəndaşlar dövlət icazəsi olmadan mənzillər tikib. Şəhərin Sabunçu, Binəqədi, Suraxanı, Əzizbəyov, Səbail rayonlarında belə tikililərin sayı daha çoxdur. Lakin illər keçdikdən sonra Dövlət Neft Şirkəti, yaxud yerli icra hakimiyyəti orqanları bələdiyyə sərəncamı ilə ayrılan həmin torpaqların onlara məxsus olması iddiası ilə çıxış edərək vətəndaşların evlərinin sökülməsini tələb edir. Lakin nəzərə almaq lazımdır ki, həmin evlərdə on minlərlə insan yaşayır».


Deputat hesab edir ki, həmin şəxslərin mülkiyyət hüququnu tanımalıdır. «Çünki mövcud reallıq baxımından həmin insanlara evlərindən çıxararkən alternativ yaşayış yeri vermək mümkün deyil».


Milli Məclisin İqtisadi siyasət komissiyasının üzvü Vahid Əhmədov Azərbaycanda sığorta bazarının inkişaf etdiyini deyir. Bu barədə o, «Səs» qəzetinə bildirib.


«Sığorta haqqında qanun qəbul etmişik. Elə bir qanunla əlaqədar problem yoxdur. Sığorta bazarı, hələlik, Azərbaycanda inkişaf edir, amma bu, bir o qədər də güclü deyil. Çünki insanlar öz əmlaklarını sığortalamaq və s. üçün ehtiyat edirlər. Ona görə ki, sonradan hər hansı bir hadisə baş verəndə, müəyyən qəzalar törədiləndə sığortanı almaq çox böyük problemə çevrilir. Sığorta ödəyən şirkətlər çalışır ki, tələb olunan vəsaiti verməsinlər».


XS
SM
MD
LG