Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:52

Təhlükəsizlik Şurası İrana qarşı yeni sanksiya tətbiq etdi


Qəbul olunan qətnamənin əleyhinə Təhlükəsizlik Şurasının heç bir üzvü səs verməyib
Qəbul olunan qətnamənin əleyhinə Təhlükəsizlik Şurasının heç bir üzvü səs verməyib

BMT Təhlükəsizlik Şurası İrana qarşı üçüncü sanksiyasını tətbiq etdi. Sanksiya nüvə və ballistik raket proqramlarına bağlılığı olan İran şirkətlərinə, iranlılara həm maliyyə, həm də səfər məhdudiyyətləri qoyur.


Amerikanın BMT-dəki nümayəndəsi Zalmaz Xəlilzad deyib ki, səsvermə İranın nüvə proqramının təhlükəsizlik üçün hədə olduğunu təsdiqlədi:


«İndicə qəbul olunan qətnamənin əleyhinə səs verən olmadı, buda çox vacib addımdır, İrana göstərir ki, nə qədər Təhlükəsizlik Şurasının tələbləri ilə bağlı bir razılığa gəlməyəcək nəticəsini görəcək. İran daha çox təzyiqlə üzləşəcək».


İranın BMT-dəki səfiri isə deyib ki, qətnamə beynəlxalq hüquqa ziddir və Şuraya inamı azaldır.


İran bildirir ki, nüvə proqramı dinc məqsədlidir, amma, Qərb ona inanmır.


Azərbaycan İrana qarşı sanksiyalara qoşulacaqmı? Xarici İşlər Nazirliyinin sözçüsü «Azadlıq» radiosuna deyib ki, hələlik qətnaməni öyrənirlər, rəsmi münasibət sonra bildiriləcək.



XS
SM
MD
LG