Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:08

«Sülhməramlıların geri çağırılması məsələsinə yenidən qayıtmaq mənasızdır»


«Kosovodakı Azərbaycan sülhməramlılarının geri çağırılması məsələsinə yenidən qayıtmaq mənasızdır». Bunu «Azadlıq» radiosuna Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bildirib: «Məsələ artıq bağlanıb. Azərbaycan öz qərarını verib və bundan narahat deyil».


NATO baş katibinin xüsusi nümayəndəsi Robert Simmons martın 5-də bəyan edib ki, Azərbaycanın Kosovodakı sülhməramlılarını geri çağırmasından təəssüfləniblər.


NATO Parlament Assambleyasının prezidenti Joze Lello isə Azərbaycanın qərarının «müzakirə edilməli olduğunu» bildirib.


Azərbaycan 1999-cu ildən Kosovoda 37 əsgərlə təmsil olunurdu. Martın 4-də ölkə parlamenti onların geri çağırılması haqqında qərar çıxarıb. Bakı bu addımını bölgədəki siyasi mənzərənin dəyişməsi ilə əsaslandırır.


XS
SM
MD
LG