«Bu, təxribatdır. Jurnalistin bıçaqlanmasının hakimiyyətin üzərinə atılması cəhdlərini qəti şəkildə rədd edirəm».
Hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlilin bıçaqlanmasına münasibət bildirərkən belə deyib.
Jurnalistə martın 13-də axşam saatlarında naməlum şəxslər tərəfindən xəsarət yetirilib.
Əli Əhmədov deyir ki, bunda məqsəd hakimiyyətin işinə kölgə salmaqdır: «Bu işin arxasında məkrli niyyətlər durur. Bu, azad sözə qarşı zərbədir».
YAP funksioneri bildirir ki, cinayət işini açılması üçün mətbuat və hakimiyyət birlikdə iş aparmalıdır.