Rusiya və Ermənistanın yeni seçilmiş prezidentləri bəyan ediblər ki, ölkələrinin yaxşı diplomatik əlaqələrini davam etdirəcəklər. Martın 24-də Ermənistanın prezidenti Serj Sərkisyan Moskvada olub.
Aprelin 9-u onun andiçmə mərasimidir. Mayın 7-dən isə Dmitri Medvedyevin hakimiyyət dövrü başlayır.
Ermənistan Rusiyanın keçmiş SSRİ ərazisində ən sadiq müttəfiqi sayılır. Rusiyanın Cənubi Qafqaz regionunda hərbi bazaları məhz bu ölkədədir. Moskva Yerevana ucuz qiymətə təbii qaz satır. Eyni zamanda Ermənistanın enerji sektoru da daxil olmaqla bir çox strateji əhəmiyyətli müəssisələri Rusiyanın nəzarətindədir.