Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:14

Eynulla Fətullayev həbsdə aclığa başlayıb


Jurnalist Eynulla Fətullayev 8 il yarım azadlıqdan məhrum edilib
Jurnalist Eynulla Fətullayev 8 il yarım azadlıqdan məhrum edilib

Martın 26-dan Eynulla Fətullayev həbsdə aclığa başlayıb. Vəkili İsaxan Aşurovun «Azadlıq» radiosuna dediyinə görə Fətullayev işinə yenidən baxılmasını istəyir və beynəlxalq təşkilatları fəal olmağa çağırır:


«Fətullayev işinə ədalətli və qərəzsiz baxılmasını, həbsdə olan həmkarlarının azadlığa çıxmasını tələb edir. Avropa Şurası və ATƏT-in konkret müdafiə mexanizmləri ortaya qoymasını istəyir».


«Gündəlik Azərbaycan» və «Realnı Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev terrorla hədələmədə, milli ayrı-seçkilik salmaqda, vergidən yayınmada günahlandırılıb, 8 il yarım cəza alıb. Jurnalist 13 saylı həbsxanada saxlanılır.



XS
SM
MD
LG