Gürcüstan müxalifətçiləri aclığı dayandırıblar. Müxalifət hökumətin seçki qanunlarını dəyişdirməsini istəyirdi. Bu məqsədlə onlar 17 gün idi parlament binası qarşısında çadır qurub aclıq edirdilər.
Amma müxalifətçilərin tələbi yerinə yetirilməyib. Koalisiya lideri Levan Qaçeçiladze deyib ki, mübarizəni davam etdirəcəklər:
«Biz aclığı dayandırırıq, amma mübarizəmiz davam etdirəcəyik».
May ayında Gürcüstanda parlament seçkisi keçiriləcək. Müxalifət hesab edir ki, indiki seçki qanunları hökumətin xeyrinədir.