Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:18

«Azərbaycanda taxıl qıtlığı gözlənilir»


Taxıl ixracatına məhdudiyyətlər çörəyin qiymətinin bahalaşmasına səbəb ola bilər
Taxıl ixracatına məhdudiyyətlər çörəyin qiymətinin bahalaşmasına səbəb ola bilər

Qazaxıstan bu həftənin sonuna qədər ixracat rüsumları tətbiq edə və ya taxıl ixracına tamamilə qadağa qoya bilər. Bu barədə Qazaxıstanın baş naziri Kərim Məhimov hökumətin müşavirəsində məlumat verib. Xəbəri «Yeni Müsavat» yayıb.


«Qazaxıstan martda taxıl üzərinə ixracat rüsumlarının tətbiq olunması məsələsinə artıq baxıb. Ölkənin kənd təsərrüfatı naziri ixracat rüsumlarının tətbiq edilməsinin mümkünlüyü barədə xəbər verdikdən sonra dünya bazarında taxıl məhsullarına qoyulan qiymətlər də 25 faiz artıb.


Qeyd edək ki, dünyanın əsas taxıl ixracatçılarından biri olan Qazaxıstanın alıcıları arasında Azərbaycan da var».


Qəzet bildirir ki, ümumilikdə 3 milyon taxıla ehtiyacı olan Azərbaycan bunun 1,5 milyon tonunu idxal edir. Əsas idxal ölkələri isə Rusiya və Qazaxıstandır. Keçən ilin payızında Rusiya Kənd Təsərrüfatı Nazirliyi taxıl ixracına qarşı məhdudiyyət qoymaq barədə qərar qəbul etdi. İndi də analoji addımı Qazaxıstan atdı».


«Yeni Müsavat» yazır ki, bu il yanvarın 1-nə kimi Azərbaycanın cəmi 700 min ton taxıl ehtiyatı vardı. Və bu il ölkənin buğdaya olan tələbatının əsasən idxal hesabına ödəniləcəyi də proqnozlaşdırılırdı. «Rusiyadan sonra Qazaxıstanın da ixraca məhdudiyyətlər qoyması isə yaxın vaxtlarda un və un məmulatlarının, başlıca olaraq çörəyin qiymətinin bahalaşmasına səbəb olacağı indidən bəllidir».


Rusiyanın Tver vilayətində yaşayan iş adamı yerli azərbaycanlı icmasının rəhbərlərindən biri Etibar Nağıyev qətlə yetirilib. «Ekspress»in əldə etdiyi məlumata görə, biznesmenə «Kalaşnikov» tipli iki avtomatdan atəş açıblar. «Güllələrin səsinə həyətə qaçdıq. Gördük ki, sinəsindən yaralanmış Nağıyevin təcili yardım maşınına qoydular. Nağıyevi maşınından düşüb evə tərəf gələndə vurmuşdular», - binanın sakini Qriqori Melçuk bildirib.


Etibar Nağıyev Tver Təcili Yardım Xəstəxanasının reanimasiya bölməsinə aparılandan 5 saat sonra həkimlərin bütün səylərinə rəğmən dünyasını dəyişib. Qəzet yazır ki, hadisə yerində isə 8 giliz tapılıb.


Dövlət və hakimiyyətə yaxın qəzetlərin diqqət mərkəzində olan əsas mövzu keçmiş prezident Heydər Əliyevin 85 illik yubileyin hazırlıqla bağlıdır. Bir sıra hakimiyyət qəzetləri keçmiş prezident haqqında yazı müsabiqələri elan edib. Müxtəlif dövlət məmurları «Azərbaycan», «Yeni Azərbaycan», «Respublika» və s. qəzetlərdə Heydər Əliyevlə bağlı bir səhifə məqalələr dərc edirlər. «Yeni Azərbaycan» Heydər Əliyevin əsərlərinin 21-ci cildinin işıq üzü gördüyünü xəbər verir.


«Gün səhər» Azərbaycanın şimal bölgəsində seçki hazırlıqlarının başladığını bildirir. Qəzet yazır ki, indi «uçurulan məscidlər tikilir, dindarların saqqalını qırxan polis indi onların şikayətini dinləyir...»


«Deyəsən, hakimiyyət yay aylarında şimal rayonlarının əhalisini özündən nə qədər incik saldığının fərqindədir. Həmin bölgədə qəddarlıq o həddə çatmışdı ki, polis dindarlardan saqqallarını qırxmağı tələb edirdi. Bir neçə din adamının saqqalını hətta zor tətbiq edərək elə polis bölmələrində qırxdılar».


XS
SM
MD
LG