Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:39

«Müxalifət ölkədə ikili hakimiyyət yaratmaq istəyir»


Camaat müxalifətçilərin çoxuna inanmır ki, onlar hakimiyyətə yol tapmaq istəyirlər
Camaat müxalifətçilərin çoxuna inanmır ki, onlar hakimiyyətə yol tapmaq istəyirlər

Qırğızıstan hökuməti ölkə torpaqlarının bir hissəsini Qazaxıstana vermək istəyir. Belə baxanda, müxalifət üçün bundan gözəl etiraz imkanı nə ola bilər? Ancaq müxalifət aprelin 10-da küçəyə çıxanda polis tezliklə mitinqi dağıtdı, nümayişçilərin 50-sini isə saxladı.


Müxalifəti uğursuzluqda qınamaq olar, ancaq Qırğızıstan müxalifəti başqa strategiyanı, digər MDB ölkələrindən fərqli strategiyanı seçib.


Müxalifət aprelin 12-dəki qurultaya böyük ümidlər bəsləyir. Tədbirə 1500 müxalifət nümayəndəsi qatılacaq.


Qurultayın məqsədi nədir? Müxalifət kölgə hakimiyyəti yaratmaq ideyasını davam etdirir.


Müxalifətin ideyası odur ki, ölkədə ikili hakimiyyət yaratsın. Hətta prezident Bakiyev bu ideyaya görə, müxalifəti bolşevizmdə ittiham edir. Prezident deyir ki, bolşeviklər 1917-ci ildə Petroqradda ikili hakimiyyət yaratdılar, sonra da dedilər ki, hakimiyyət sovetlərə verilsin.


Müxalifət yanvarda kölgə parlamenti yaradıb. Bişkekin mərkəzində yerləşən alternativ parlamentin 50 üzvü var. Burda müxalifət, QHT-lər təmsil olunub. Keçən sessiyada prezident Bakiyevin özəlləşdirmə planı bu parlamentin iclasında müzakirə olunub.


Müxalifət mart ayında alternativ məhkəmə də yaradıb və adını xalq məhkəməsi qoyub. Məhkəmənin sonuncu iclasında keçmiş prezident Əskər Akayevin 6 il əvvəl Cəlalabad regionundakı faciə zamanı hərəkətləri araşdırılıb. Məhkəmə qərar verib ki, Akayev günahkardır. Onunla yanaşı indiki prezident Bakiyev də təqsirkar bilinib.


Hökumət müxalifətin bu hərəkətlərini pisləyir. Müxalifət isə deyir ki, məhkəmə qərarı mütləq yerinə yetiriləcək, 20 ildən sonra olsa da…


Müxalifətin bu strategiyası uğur gətirə bilərmi?


Yerli ekspertlərin bəziləri düşünürlər ki, bu taktika uğur gətirməyəcək. Çünki ictimai dayaq azdır. İctimai dayaq isə ona görə azdır ki, camaat siyasətdən yorulub. Onlar misal kimi müxalifət lideri Azimbek Beknazarovu göstərirlər. Beknazarov yanvarda inqilabi komitə yaratdı, məqsəd də qoydu ki, Bakiyevi hakimiyyətdən uzaqlaşdırsın. Ancaq indi 3 aydan sonra camaat Beknazarovu siyasi diletant adlandırır, onun özü siyasətdən gethagetdədir.


Başqa misal kimi Almazbek Atambayevi və ya Melis Eşimkanovu göstərirlər. Bakiyevin bu tənqidçilərinin biri Baş nazir, digəri isə televiziyanın rəhbəri oldu.


Ona görə camaat müxalifətçilərin çoxuna inanmır ki, onlar hakimiyyətə yol tapmaq istəyirlər.


Ancaq Qırğızıstanda bir qüvvə də var ki, onların nüfuzu artmaqdadır. Bu, gənclərdir. Gənclər müxalifət və yaxud hakimiyyət kimi çox danışmır, «mən inanmıram» adı ilə mütəmadi etiraz aksiyaları keçirirlər.


XS
SM
MD
LG