Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:14

«Bakı həmsədrlərdən təkliflər gözləyir»


«Əgər nazirlər səviyyəsində razılığa gələ bilsək, prezidentlər də görüşə bilər»
«Əgər nazirlər səviyyəsində razılığa gələ bilsək, prezidentlər də görüşə bilər»

«Bakı Minsk qrupu həmsədrlərindən Qarabağ danışıqlarının davamı ilə bağlı təkliflər gözləyir». Bu barədə Xarici İşlər naziri Elmar Məmmədyarov aprelin 15-də bildirib.


Aprelin 16-da həmsədrlər Vyanada görüşəcəklər. Nazir deyib ki ondan sonra Bakı addımlarını müəyyənləşdirəcək.


«Çox güman ki, əvvəl Xarici İşlər nazirləri səviyyəsində tanışlıq görüşü olmalıdır. Şəxsən mən görüşə etiraz etmirəm. Ermənistanda təzə nazir təyin olunub. Mən hələ onu heç üzdən tanımıram. Ona görə də həmsədrlər çox güman hansısa təşəbbüslə çıxış edəcəklər. Əgər nazirlər səviyyəsində hansısa razılığa gələ bilsək, prezidentlər də görüşə bilər»-, deyə Məmmədyarov bildirib.


O, bir daha xatırladıb ki, Azərbaycan tərəfində beynəlxalq vasitəçilərə etimadla bağlı şübhələr yaranıb. Belə ki, ötən ay BMT Baş Assambleyasında Bakının irəli sürdüyü və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə layihəsinə Minsk qrupunun həmsədr ölkələri səs verməyiblər.


Azərbaycanlı nazir deyir ki, Praqa prosesi çərçivəsində münaqişənin həll olunmasının yolu ilk növbədə ərazi bütövlüyü çərçivəsindədir: «Amma öz müqəddəratını təyinetmə məsələsi də var idi. Bizim üçün vacibdir ki beynəlxalq ictimaiyyət başa düşsün ki, Azərbaycan münaqişənin həllində ikinci fikri qəbul edə bilməz».


Bununla yanaşı, Məmmədyarov deyib ki Praqa prosesi çərçivəsində xeyli razılaşmalar əldə olunub. Buna görə də danışıqlar əvvəlki formatda davam etməlidir.


Məmmədyarov onu da deyib ki, Kosovonun müstəqilliyinin tanınması beynəlxalq təşkilatlara inamı zəiflədib.


XS
SM
MD
LG