Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:59

Bakı Gürcüstanın ərazi bütövlüyünə qarşı addımları pisləyir


Xəzər İbrahim vurğulayıb ki, Cənubi Qafqazda dördüncü dövlətə yer yoxdur
Xəzər İbrahim vurğulayıb ki, Cənubi Qafqazda dördüncü dövlətə yer yoxdur

Azərbaycanın Rusiyanın tanınmamış Abxaziya və Cənubi Osetiya ilə sıx münasibətlər qurmaq niyyətini pisləyir.


Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim aprelin 21-də bəyan edib ki, Bakı Gürcüstanın ərazi bütövlüyünə qarşı istənilən zidd addımların əleyhinədir:


«Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tam olaraq dəstəkləyir. Bu prinsipə zidd olan addımları pisləyir və onların qarşısının atılmasının münaqişənin həllinə yardım olacağını bəyan edir».


Xəzər İbrahim vurğulayıb ki, Cənubi Qafqazda dördüncü dövlətə yer yoxdur.


Ötən həftə Rusiya XİN Abxaziya və Cənubi Osetiyanın de-fakto rəhbərliyi ilə yaxın əlaqələr qurulması barədə ölkə rəhbərliyinin qərarını açıqlayıb.


Moskva bildirir ki, bu cür əlaqələr bölgədə təhlükəsizliyi möhkəmlətmiş olacaq.


Gürcüstan isə buna etiraz edir və Rusiyanı onun ərazi bütövlüyünə müdaxilə etməkdə günahlandırır.


XS
SM
MD
LG