Böyük Britaniyanın «Sunday Times» qəzetində dərc olunan «ölkənin ən varlı 10 insanı siyahısında» iki nəfər Rusiyadan gələndir.
Siyahıda ikinci olan Britaniyanın «Çelsi» futbol klubunun sahibi Roman Abramoviç 11 milyard funt sterlinqin sahibidir. 10 nəfər arasında beşinci yerdə qərar tutan isə özbək əsilli rus Əlişir Osmanovdur. Onun varidatı 6 milyard funt sterlinq məbləğində qiymətləndirilib. Siyahıda lider isə hind əsilli polad maqnatı Lakşmi Mittaldır. O, 27 milyard funt sterlinqin sahibidir.
Araşdırma göstərib ki, hazırda Böyük Britaniyada olan ən zəngin insanların çoxu ölkəyə sonradan gələnlərdir.
Ölkənin 20 ən zəngin adamından yalnız altısı Britaniyada doğulub.