Təbrizdə aclıq edən 17 tələbəni xəstəxanaya yerləşdiriblər. Tələbələr universitetdə məhdudiyyətlərə etiraz edirlər. İslahatçı «Etimad» qəzetinin yazdığına görə, 100-dən çox tələbə oturaq aksiya keçirir.
Təbrizdəki Sahand Universitetində davranış qaydaları sərtləşdirilib, tələbə birliyiylə bağlı məsələlərə ciddi fikir verilir. Solçulara qoşulan tələbələrə bir müddət dərslərdə iştirak etməyə icazə verilməyib.