Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:50

«Nazirlər Qarabağ danışıqlarının aktiv fazasını hazırlamalıdır»


Merzlyakov deyir ki, söhbət alınsa, prezidentlərin görüşünü də hazırlamaq olar
Merzlyakov deyir ki, söhbət alınsa, prezidentlərin görüşünü də hazırlamaq olar

«Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Qarabağ danışıqlarının aktiv fazasını hazırlamalıdır».


Bunu «Azadlıq» radiosuna ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov deyib.


Elmar Məmmədyarovla Edvard Nalbandyan mayın 6-da Strasburqda görüşəcəklər. Rəsmi olaraq bu görüşün tanışlıq məqsədi güddüyü bildirilir.


Amma həmsədrlər ümid edirlər ki, nazirlər Qarabağ danışıqlarının növbəti raundlarını müəyyənləşdirəcəklər. Yuri Merzlyakov deyir ki, nazirlərin söhbəti alınsa, prezidentlərin görüşü üçün də hazırlığa başlamaq olar.


Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov isə «Azadlıq» radiosuna deyib ki, indi heç bir danışıq yoxdur. Onun fikrincə, həmsədrlər əvvəlki qaydada işləmək istəyirlərsə, belə dialoq olmaz:


«Əgər biz danışıq formasında nə isə qurmaq istəsək, gərək bir proses olsun, ekspertlər ayrılsın və konkret yerdə yığışaraq, gündəlik əsasında konkret təlimatlarla və konkret məqsədlərlə oturub çalışsınlar. Buna deyərdim danışıq. Lakin iki-üç aydan bir və ya 6 ay fasilələrlə həmsədrlərin Bakıya gəlmələri və yaxud nazirlərimiz hansısa konfransda iştirak etdiyi zaman onları tutub görüşdürmək danışıq deyil».


Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında son görüş 6 ay əvvəl Madriddə keçirilib.


XS
SM
MD
LG