Bu mövzu «Azadlıq» radiosunun «Xəbər-ətər» verilişində müzakirə edilib. Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş məsləhətçisi Mənsim Babayev bildirir ki, Azərbaycanda ərzağı yoxlamaq üçün laboratoriyalar olsa da, bu yetərli deyil:
«Qanundakı bəzi çatışmazlıqlar, səlahiyyətlərin məhdudluğu bizim işimizdə ciddi problemlər yaradır».
Onun sözlərinə görə, Azərbaycanda genetik dəyişdirilmiş məhsulla bağlı qanun yoxdur. Elə buna görə də belə məhsulu idxal edən və ya istehsalda istifadə edənlərə qarşı mübarizə aparmaq, cəza tətbiq etmək mümkün olmur. Dövlət Agentliyinin rəsmisi onu da deyir ki, keyfiyyətsiz məhsul istehsal edənlərə qarşı nəzərdə tutulan cəzalar da yüngüldür: «Bəzi sahələrə nəzarəti İqtisadi İnkişaf Nazirliyi həyata keçirdiyindən bütün bazara nəzarət edə bilmirik».
Ekspert Babək Tatlıyev hökumətin keyfiyyətsiz ərzaq məhsullarına qarşı mübarizəsinin tam qənaətbəxş hesab etmədiyini dedi.