Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:14

«Seçki Monitorinq Mərkəzini susdurmaq istəyirlər»


«Bu, bizim günahımız deyil ki, ölkədə ədalətli seçkilər keçirilmir»
«Bu, bizim günahımız deyil ki, ölkədə ədalətli seçkilər keçirilmir»

«Bu, bizim günahımız deyil ki, ölkədə ədalətli seçkilər keçirilmir. Yaxşı olar ki, hakimiyyət iradə nümayiş etdirib seçkilərin ədalətli keçirilməsinə nail olsun. Nəinki bizim kimi QHT-lərə maneələr yaratsın».


Bunu məhkəmədə bağlanma təhlükəsiylə üzləşən Seçki Monitorinq Mərkəzinin (SMM) rəhbəri Anar Məmmədli deyir. Ədliyyə Nazirliyi bu təşkilatın bağlanması tələbi ilə bağlı Xətai Rayon Məhkəməsində iddia qaldırıb. Mayın 5-də isə sözügedən məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə bu iddia ilə bağlı hazırlıq iclası keçirilib.


Ədliyyə Nazirliyi hansı səbəbdən Seçki Monitorinq Mərkəzinin bağlanmasını istəyir? Hazırlıq iclasında nazirliyin əməkdaşı Əfqan Baxışov bunu üç arqumentlə izah edib. Onun sözlərinə görə, mərkəzin yerli şöbələri yaradılıb və bu barədə Ədliyyə Nazirliyinə məlumat verilməyib. Digər tərəfdən, təsisçilər barədə də məlumatlar aydın deyil. Ən nəhayət, Ədliyyə Nazirliyi hesab edir ki, Seçki Monitorinq Mərkəzinin ünvanının dəyişdirilməsi ilə də bağlı onlara məlumat verilməyib.



Görəsən, nazirlik bağlanma tələbi ilə bağlı iddia qaldırmazdan əvvəl, cəmi 2 ay öncə qeydiyyata aldığı Seçki Monitorinq Mərkəzinə sənədlərini qaydaya salmaq üçün vaxt verə bilməzdimi?

Seçki Monitorinq Mərkəzi paralel səsvermə aparmaq istəyir. Beynəlxalq təşkilatlar da onlarla əməkdaşlıq edir. Görünür, bu, hakimiyyətdə bəzi qüvvələrə sərf etmir. Ona görə də onları susdurmaq istəyirlər»
Nazirliyin əməkdaşı Əfqan Baxışov hazırlıq iclasından sonra jurnalistlərin bu məsələylə bağlı suallarını şərh etməkdən imtina edib. Ancaq mərkəzin vəkili İntiqam Əliyevin sözlərinə görə, Ədliyyə Nazirliyinin tez-tələsik iddia qaldırması göstərir ki, onlar sənədlərin qaydaya salınmasında yox, bu təşkilatın bağlanmasında maraqlıdırlar: «Seçki Monitorinq Mərkəzi paralel səsvermə aparmaq istəyir. Beynəlxalq təşkilatlar da onlarla əməkdaşlıq edir. Görünür, bu, hakimiyyətdə bəzi qüvvələrə sərf etmir. Ona görə də onları susdurmaq istəyirlər».


Məhkəmə çəkişməsinin hüquqi yox, siyasi səbəblərlə bağlı olması fikirləri ilə isə hakimiyyət rəsmiləri razılaşmırlar. Deputat Zahid Oruc deyir ki, Azərbaycanda istər mətbuat orqanlarına, istərsə də qeyri-hökumət təşkilatlarına hüquq müstəvisində yanaşılanda, bu, dərhal yanlış olaraq hakimiyyətin siyasi sifarişi kimi dəyərləndirilir. Bəs millət vəkili Seçki Monitorinq Mərkəzinə sənədlərini qaydaya salmaq üçün vaxt vermədən bağlanmasını tələb etməyi necə dəyərləndirir? «Mən bilmirəm, yəqin ki, onlar hüquqi baxımdan məhkəmədə özlərini müdafiə edəcəklər. Ancaq bu məsələni düşərgə, anti-hakimiyyət davasına çevirmədən hüquqi müstəvidə aparmaq olar».


Seçki Monitorinq Mərkəzi Azərbaycanda az saylı müstəqil qurumlardandır ki, onun seçkilərlə bağlı rəyləri əsasən beynəlxalq təşkilatların rəyləri ilə tamamilə üst-üstə düşür. Bu təşkilatın fəaliyyəti üstəlik Azərbaycanla məhdudlaşmır. Mərkəz həm Ukraynada, həm də Gürcüstanda keçirilən son prezident seçkilərində müşahidəçilik həyata keçirib. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Enn Ders deyir ki, Seçki Monitorinq Mərkəzinin üzləşdiyi problemlər onları da narahat edir: «Mən eşitmişəm ki, bu təşkilatın yenidən qeydiyyatla bağlı problemləri meydana çıxıb. Ümid edirəm ki, bu problemlər yoluna qoyulacaq. Seçki Monitorinq Mərkəzi yenidən Azərbaycanda gördüyü işləri davam etdirəcək».


Seçki Monitorinq Mərkəzinə qarşı iddia ilə bağlı məhkəmə mayın 8-nə təyin edilib. Mərkəzin rəhbəri Anar Məmmədli deyir ki, onların qeydiyyatı ləğv edilsə belə, fəaliyyətlərini davam etdirmək niyyətindədirlər. Çünki Azərbaycan qanunvericiliyi hər bir şəxsə sərbəst müşahidəçilik aparmağa imkan verir.


XS
SM
MD
LG