Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:14

«Azyaşlı qızların oğurlanması halları niyə çoxalıb?»


«Əksər hallarda qızlara yaxınlaşanlar özlərini polis işçisi kimi təqdim edirlər»
«Əksər hallarda qızlara yaxınlaşanlar özlərini polis işçisi kimi təqdim edirlər»

«Son günlərdə azyaşlı qızların itməsi və oğurlanması halları kütləviləşib. Hər halda mətbuatda rəsmi məlumatlara əsasən dərc edilən informasiyalar belə düşünmək üçün əsas verir. Diqqətçəkən və şübhəli məqam isə budur ki, itən və oğurlanan qızların bir qismi tapılsa da, əksəriyyətinin taleyi qaranlıq qalır. Digər tərəfdən qızların, xüsusən də azyaşlıların oğurlanması və itməsi hansısa mütəşəkkil cinayətkar dəstənin bu işlə sistemli olaraq məşğul olduğu təəssüratı yaradır». Bu barədə «Azadlıq» yazıb.


Hüquqşünas Əyyub Kərim də hesab edir ki, bu tipli cinayət hadisələrinin sayının artması mütəşəkkil və formalaşmış dəstənin fəaliyyət göstərməsi ilə bağlı ola bilər: «Məlumat üçün bildirim ki, əksər hallarda qızlara yaxınlaşanlar özlərini polis işçisi kimi təqdim edirlər. Bu işlə bağlı hər hansı bir dəstənin fəaliyyət göstərməsi tamamilə mümkündür. Bir-iki dəfə cinayət hadisəsi törədilir və bunun qarşısı alınmadıqda artıq cinayətkar dəstə formalaşmağa başlayır. Onu qeyd etmək lazımdır ki, bu cür hadisələri yoldan keçən adamların törətməsi mümkün görsənmir. Cinayətlərin sayı artırsa, bu hər hansı bir cinayətkar dəstənin fəaliyyət göstərməsindən xəbər verir».


Ə.Kərim bu cür cinayətkar dəstələrin arxasında yüksək vəzifəli şəxslərin və yaxud hüquq mühafizə orqanlarının durması ehtimalını da istisna etmir.


Türk­dil­li döv­lət baş­çı­la­rı yay­da Ba­kı­da top­la­şa­caq­lar. «Üç nöqtə» yazır ki, bu ba­rə­də Azər­bay­ca­nın Tür­ki­yə­də­ki sə­fi­ri Za­kir Hə­şi­mov mə­lu­mat ve­rib: «Türk­dil­li döv­lət baş­çı­la­rı­nın Ba­kı­da ke­çi­ri­lə­cək doq­qu­zun­cu gö­rü­şü iyu­na plan­laş­dı­rı­lıb. Ar­tıq növ­bə­ti sam­mit­də iş­ti­rak edə­cək öl­kə­lər­dən il­kin ra­zı­lıq alı­nıb», - de­yə sə­fir bil­di­rib. İş­ti­rak­çı­lar sam­mi­tin əsas və­zi­fə­si ki­mi türk­dil­li döv­lət­lə­rin ba­za­sın­da va­hid iq­ti­sa­di mə­ka­nın ya­ra­dıl­ma­sı­nı gö­rür­lər.


Heydər Əliyev adına İdman-Konsert Kompleksində «Bir ömrün salnaməsi» adlı bədii sərgi açılıb. Sərgi Heydər Əliyevin 85 illiyinə həsr olunub. Tədbirin açılış mərasimdə prezidentin İlham Əliyev də iştirak edib. Bu barədə «Yeni Azərbaycan» məlumat yayıb.


XS
SM
MD
LG