Mayın 20-si gecə «Eurovision-2008» mahnı müsabiqəsinin birinci yarımfinalı başlayır. Müsabiqəyə ilk dəfə olaraq azərbaycanlı ifaçılar da qatılıblar. Azərbaycanı müsabiqədə Elnur Hüseynov və Samir Cavadzadə təmsil edir.
Azərbaycanla yanaşı, həm də Gürcüstan və Ermənistandan olan ifaçılar yarımfinalda çıxış edirlər. «Eurovision» mahnı müsabiqəsinin final mərhələsi mayın 24-də keçiriləcək. Azərbaycanlı tamaşaçılar müsabiqə iştirakçılarına səs verə bilərlər. Amma müsabiqənin qaydalarına görə heç bir ölkə öz ifaçısına səs verə bilməz. Müsabiqə gecə saat 12-də başlayır.