Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:37

«Azərsu»ya elektrik verildi


Ceyranbatan su anbarına elektrik enerjisinin verilməsi bərpa edilib
Ceyranbatan su anbarına elektrik enerjisinin verilməsi bərpa edilib

Mayın 21-də Bakı və Sumqayıtı içməli su ilə təmin edən Ceyranbatan su anbarına elektrik enerjisinin verilməsi bərpa edilib. Bu barədə «Azadlıq» radiosuna «Sumqayıtelektirkşəbəkə» Açıq tipli Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəisi Anar Quliyev məlumat verib.


Anar Quliyevin sözlərinə görə «Azərsu»yun şəbəkəyə olan 41 milyon manatlıq borcunun ödənilməsilə bağlı danışıqlar başlanıb. Elə bundan sonra da elektrik enerjisinin verilməsi bərpa edilib.


«Azərsu» ASC-nin obyektlərinə verilən elektrik enerjisi mayın 19-da tamamilə dayandırılıb. Bu da Bakı, Sumqayıt, həmçinin Abşeron ərazisinin su təchizatında bir neçə günlük problem yaradıb.


«Sumqayıtelektrikşəbəkə» «Azərsu»dan borcunu ala bilmədiyinə görə belə addım atıb.


XS
SM
MD
LG