Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:54

«Bakıda böyük ev fırıldağı»


«GEN-Holdinq»in vətəndaşları aldatması ilə əlaqədar cinayət işi başlanıb
«GEN-Holdinq»in vətəndaşları aldatması ilə əlaqədar cinayət işi başlanıb

«Yeni Müsavat» yazır ki, «GEN-Holdinq» MMC adlı tikinti şirkəti onlara vətəndaşın pulunu alaraq qeybə çəkilib.


«Qəzetlərdə «GEN-Holdinq»in elanını oxudum. Həm də həmin dövrdə telekanallarda da bu şirkətin reklamı getdiyindən onlara müraciətim qətiləşdi». Bunu «Yeni Müsavat»a Bakı şəhər sakini Afət Əzizova deyib. O, bildirir ki, hələ tikilməmiş binadan mənzil almaq üçün MMC-yə fevral ayında ilk olaraq 9 min manat, mart və apreldə isə üst-üstə 6 min 500 manat pul ödəyib. Hələ də mənzilin tikintisi getmədiyini görən Afət Zeynalova mayın ayında bununla maraqlanmaq istəyib. Lakin cəmiyyətin ofisinə müraciət edəndə məlum olub ki, «GEN-Holdinq» ofisindən «yoxa çıxıb».


«Yeni Müsavat» məsələ ilə bağlı Yasamal Rayon Prokurorluğu ilə əlaqə saxlayıb. Müstəntiq Rauf Məmmədov bildirib ki, «GEN-Holdinq»in vətəndaşları aldatması ilə əlaqədar Rayon Polis İdarəsində cinayət işi başlanıb.


Qəzet daha sonra yazır «Özəl mənbələrdən əldə etdiyimiz məlumatlara görə, «Tikdim ki, izim qala» deyimindən özünüreklam məqsədi ilə istifadə edən şirkətin əməkdaşları bu günə kimi 150 vətəndaşın cibinə «iz qoyaraq» aradan çıxıb».


«Gün-səhər» yazır ki, «buraxılış imtahanlarının test kitabçaları artıq hazırdır».


«Orta məktəblərin buraxılış imtahanı iyunun 6-da mərkəzləşdirilmiş test üsulu ilə keçiriləcək. Amma, bəzi bölgələrdə imtahan qaydaları üçün müəyyən istisnalar var. İmtahan sualları artıq hazırdır. İndi Təhsil Nazirliyi test kitabçalarının çapı və yığımı ilə məşğuldur. Test kitabçaları tam məxfi şəkildə Təhsil Nazirliyinin xüsusi əməkdaşları tərəfindən yığılır. 52 min şagird üçün nəzərdə tutulan imtahan sualları müxtəlif variantlarda tərtib edilib. Suallar çətin, orta və asan suallar prinsipi gözlənməklə hazırlanıb».


Rusiya Xəzəryanı dövlətlər üçün «KASFOR» kollektiv təhlükəsizlik qurumu yaratmağı təklif edir. Mayın 19-20-də Həştərxan şəhərində Rusiya Federasiyasının Xəzəryanı dövlətlərdəki səfirlərinin Rusiyanın Xəzər siyasətinin öncül istiqamətlərinə həsr olunmuş müşavirəsində belə fikir səslənib. Məlumatı «Azərbaycan» yayıb.


«Diplomatlar, o cümlədən Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov çıxışlarında Rusiyanın Xəzəryanı dövlətlərlə ikitərəfli əməkdaşlığı məsələlərinə toxunmuşlar. Diskussiyalarda Xəzərboyu sərbəst gəmiçilik rejiminin təmin olunmasının, ətraf mühitin mühafizəsinin, nərəkimilərin nadir genofondunun qorunub saxlanılmasının vacibliyi vurğulanmışdır».


XS
SM
MD
LG